Naxçıvan Taxıl Məhsulları MMC-nin icraçı direktoru Şakir Tarverdiyev həbs olunub.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, Şakir Tarverdiyev 10 min tondan artıq taxılı 6 milyon 500 yüz min manata sataraq pulu mənimsəyib. Bu işi o, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin göstərişi ilə edib.
Nəticədə Naxçıvanın taxıl ehtiyatları tükənib.
Şakir Tarverdiyevə Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Misir Mərdanovun xalası oğlunun adı yeni qalmaqalda - Saleh Məmmədov amili
Mötəbər mənbənin məlumatına görə, Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov və səlahiyyətli nümayəndənin müavini Samir Seyidəhmədlidən məsələ ilə izahat alınıb.
Taxıl satılarkən Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikasının baş nazirinin müavini olub və bu sahəyə nəzarət edib.
Ötən il noyabrın 12-də ölkə başçısının sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilən Fuad Nəcəflinin də istintaqa cəlb edildiyi və həbsinə hazırlıq getdiyi qeyd edilir.
- Bakıda 93 yaşlı kişi 42 yaşlı qadınla ailə qurdu - Video
- Bu şirkət işçiləri müqaviləsiz işlədirmiş: Böyük cərimə...
- Ramazanın 24-cü günü: Dua, imsak və iftar vaxtı
- Prezident təsdiqlədi: Elektron siqaret satanlar...
- BTQ beynəlxalq konfrans keçirdi - Foto
- Bu marşrutun hərəkət sxemi dəyişdirilir
- “Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
- Deputat bahalaşmadan gileyləndi