Azərbaycan xalqının tarixində, mədəniyyətində, adət-ənənələrində özünəməxsus yeri olan “Novruz” bayramı 19 mart tarixində Şuşa şəhərində yüksək təntənə ilə qeyd edilib.
BUTA.TV xəbər verir ki, “Şuşa Baharı" adlı bayram tədbiri Şuşada Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə təşkil edilib.
Bayram tədbirlərində Şuşada Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, Şuşa sakinləri, ictimaiyyət nümayəndələri və şəhərə təşrif buyuran qonaqlar iştirak ediblər.
Şuşa şəhər 1 nömrəli tam orta məktəbində təşkil edilən tədbirdə şagirdlərin hazırladıqları maraqlı kompozisiyalar, şeirlər, musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb.
“Güllü bağ”da bayram yarmarkasında Şuşa sakinləri tərəfindən dadlı və ləzzətli təamlar, “Novruz “ şirniyyatları, əl işləri təqdim edilib.
“Şuşa Baharı" adlı konsert proqramında istedadlı Şuşa sakinlərinin, məktəblilərin ifasında mahnı və rəqslər hər kəsin marağına səbəb olub.
Respublikanın xalq artistl Nazpəri Dostəliyevanın və müğənnilər Azad Şabanovun, Namiq Qasımovun ifaları böyük rəğbətlə qarşılanıb.
- Gəncədə partlayış: xəsarət alan var
- Qazaxda evdən 65 yaşlı kişinin meyiti tapıldı
- Sabah hava necə olacaq?
- Ağdaş və Qəbələnin bəzi ərazilərində qaz yoxdur - Səbəb
- XTQ döyüşçüsü qəzada öldü
- Bu əraziyə qar yağdı
- Bu gün Beynəlxalq Novruz günüdür
- Muğanlı-İsmayıllı yolunun yeni çəkilən hissəsində sürüşmə - Video