Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda uçqun baş verib.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, yolun dağlıq hissəsində baş verən uçqun nəticəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.
Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb, avtomobillər yolda qalıb.
Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır.
Sürücülərə və vətəndaşlara həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları tövsiyə edilir.
- Rauf Arifoğlu çənə əməliyyatı olub? - Foto
- Bakı-Balakən-Bakı marşrutu üzrə yeni dayanacaqlar təyin edildi
- Magistraturaya qəbul: ikinci cəhd üçün qeydiyyat...
- Borc pul verənlərin nəzərinə - Mühüm xəbərdarlıq
- Bakıda bu binada “yanğın” oldu - Video
- Aprelin havası: normadan çox yağıntı olacaq
- Hansı qeyri-pedaqoji ixtisas sahibləri müəllim ola bilər?
- Qardaş 46 yaşlı bacısını bıçaqladı