Dövlət Gömrük Komitəsi (DGK) "kahı, kərəviz və gül kələm" yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana aşkar edib.
BUTA.TV bu barədə DGK-ya istinadən xəbər verir.
Bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik maddə müəyyən olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
"Kahı, kərəviz və gül kələm" yükü daşıyan nəqliyyat vasitəsinə "Biləsuvar" gömrük postunda kinoloji xidmət itinin köməyi ilə ətraflı gömrük yoxlaması tətbiq edilib. Yoxlama gedişində nəqliyyat vasitəsindəki "kahı" yükünün arasında qablaşdırılaraq gömrük nəzarətindən gizli şəkildə keçirilmək istənilən ümumi təmiz çəkisi 56 kiloqram 585 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar olunub.
Hadisə ilə əlaqədar araşdırma davam etdirilir.
- Rauf Arifoğlu çənə əməliyyatı olub? - Foto
- Bakı-Balakən-Bakı marşrutu üzrə yeni dayanacaqlar təyin edildi
- Magistraturaya qəbul: ikinci cəhd üçün qeydiyyat...
- Borc pul verənlərin nəzərinə - Mühüm xəbərdarlıq
- Bakıda bu binada “yanğın” oldu - Video
- Aprelin havası: normadan çox yağıntı olacaq
- Hansı qeyri-pedaqoji ixtisas sahibləri müəllim ola bilər?
- Qardaş 46 yaşlı bacısını bıçaqladı