Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü ilə bağlı qeyri-iş günlərinin vaxtı müəyyən edilib.
BUTA.TV xəbər verir ki, bu il Qurban bayramı 27 və 28 may tarixlərinə düşür. Bununla yanaşı, mayın 28-də ölkədə Müstəqillik Günü də qeyd olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarına əsasən, Əmək Məcəlləsinə uyğun olaraq, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbi ilə əlavə istirahət günü verilib. Bu səbəbdən mayın 29-u da qeyri-iş günü elan olunub.
Nəticədə, beşgünlük iş qrafiki ilə çalışanlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri istirahət günləri olacaq.
Onu da qeyd edək ki, 9 May - Faşizm üzərində Qələbə Günü bu il şənbə gününə təsadüf edir. Bu səbəbdən mayın 11-i də qeyri-iş günü kimi müəyyənləşdirilib.
Həmçinin Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günlərindən əvvəlki iş günlərində iş saatı bir saat azaldılır.
Beləliklə, həftəsonları ilə birlikdə may ayında ümumilikdə 14 gün iş olmayacaq.
- Rauf Arifoğlu çənə əməliyyatı olub? - Foto
- Bakı-Balakən-Bakı marşrutu üzrə yeni dayanacaqlar təyin edildi
- Magistraturaya qəbul: ikinci cəhd üçün qeydiyyat...
- Borc pul verənlərin nəzərinə - Mühüm xəbərdarlıq
- Bakıda bu binada “yanğın” oldu - Video
- Aprelin havası: normadan çox yağıntı olacaq
- Hansı qeyri-pedaqoji ixtisas sahibləri müəllim ola bilər?
- Qardaş 46 yaşlı bacısını bıçaqladı