Zamirə Ədilova vəzifəsindən ayrıldı

20:26 - 8 Aprel 2026 - GÜNDƏM

 Zamirə Ədilova vəzifəsindən ayrıldı

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova vəzifəsindən ayrılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Z.Ədilova sosial şəbəkə hesabında məlumat verib.

“Bu gün TƏBİB-də son iş günüm idi. Bu müddət ərzində qazandığım təcrübə, tanıdığım dəyərli insanlar və birlikdə keçirdiyimiz anlar mənim üçün çox qiymətlidir. Hər bir həmkarıma göstərdikləri dəstək və əməkdaşlığa görə təşəkkür edirəm”, - deyə paylaşımında bildirib.

Qeyd edək ki, o bu vəzifədə 2022-ci ildən çalışırdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol