İranın həbs etdiyi cütlük artıq Fransadadır!

12:48 - 9 Aprel 2026 - GÜNDƏM

 İranın həbs etdiyi cütlük artıq Fransadadır!

4 ilə yaxın İranda həbsdə olan fransalı cütlük Sesil Kohler və onun həyat yoldaşı Jak Paris ölkələrinə qayıdıblar.

BUTA.TV xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron paylaşım edib.

İran mediası cütlüyün Fransada iranlı məhbus Mehdiyə İsfəndiyarinin azadlığa buraxılmasına cavab olaraq sərbəst buraxıldığını yazıb.

Həmçinin bildirilib ki, bu addım Fransanın Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı şikayətinin geri götürülməsinə səbəb olan anlaşma ilə də bağlıdır.

Sesil Kohler və Jak Paris 2022-ci ildə İranda başlayan etiraz aksiyalarını qızışdırmaqda və casusluqda günahlandırılıblar.

Onlar ötən ilin noyabr ayında həbsxanadan buraxılıb və Fransanın Tehrandakı səfirliyinə köçürülsələr də, ölkədən çıxmalarına icazə verilmirdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol