Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, qəza gecə saatlarında Masallı şəhərinin Seybətin küçəsində qeydə alınıb.
Masallı rayon sakini, 18 yaşlı Məsləhət Cabbarovun idarə etdiyi BMV markalı avtomobil hərəkətdə olarkən Lənkəran rayon sakini Amid Məmmədzadənin idarə etdiyi “Şevrolet Kruz” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan M.Cabbarov Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Gənc aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Naxçıvanda da buraxılış imtahanları keçirildi
- Batumidə iki azərbaycanlı külli miqdarda narkotiklə tutuldu