“AzerGold” QSC və Regional İnkişaf İctimai Birliyinin (RİİB) birgə təşəbbüsü və təşkilatçılığı, eləcə də Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib.
“AzerGold” QSC və Regional İnkişaf İctimai Birliyinin fəaliyyətinin 10 illiyi çərçivəsində təşkil edilən ağacəkmə aksiyaları 22 aprel – Beynəlxalq Yer Gününə həsr edilib.
Ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədilə təşkil edilən genişmiqyaslı aksiyada səhmdar cəmiyyətinin, rayon icra hakimiyyətinin, eləcə də Regional İnkişaf İctimai Birliyinin əməkdaşları və könüllülər fəal iştirak ediblər.
Aksiyanın ilk günündə “Çovdar” qızıl mədəninin ətrafında, ümumilikdə 1,5 hektar sahədə yerli iqlim şəraitinə uyğun 1400-dən çox vələs tingi əkilib, onlara aqrotexniki qulluq göstərilib. Ekoloji aksiyanın növbəti günü isə Daşkəsən Şəhidlər Xiyabanının ətrafında 300 ədəd həmişəyaşıl şam ağacı əkilib. Aksiya çərçivəsində Daşkəsən şəhərinin müxtəlif ərazilərində isə 1000-dən artıq ağac tingi torpağa basdırılıb.
Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
Qeyd edək ki, həyata keçirilən bu cür davamlı təşəbbüslər regionlarda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yaşıllıq zonalarının genişləndirilməsinə və biomüxtəlifliyin qorunmasına xidmət edir. “AzerGold” QSC və Regional İnkişaf İctimai Birliyinin tərəfindən gələcəkdə də ətraf mühitin mühafizəsinə yönəlmiş layihələrin davam etdirilməsi planlaşdırılır. Cari il ərzində “AzerGold” QSC-nin 10 illiyi çərçivəsində Daşkəsən və Göygöl rayonlarında ümumilikdə 10 000 ağacın əkilməsi nəzərdə tutulur.
- Daha bir marşrut nağdsız ödəniş sisteminə keçir
- Yol polisi qəzada xəsarət alan piyadanı xəstəxanaya çatdırdı
- Onlar sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirildi
- ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir
- Buraxılış imtahanının nəticələri açıqlandı
- İmtahanda 9 nəfər maksimum bal topladı - Siyahı
- “Changers Academy” AzMİU-da təqdimat keçirdi
- Sumqayıtda sərnişin avtobusu təhlükə yaratdı - Video