Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir

16:42 - 29 Aprel 2026 - GÜNDƏM

 Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir

ABŞ-ın Nyu York şəhərində elektrikli hava taksilərinin sınaq uçuşları həyata keçirilib.

BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, test uçuşlarının uğurla baş tutduğu və yoxlama prosesinin davam edəcəyi bildirilib.

Hava taksiləri şaquli qalxış edir, daha sonra irəli hərəkət edərək təyyarə rejiminə keçir. 5 nəfərlik bu vasitələr qısa məsafələr üçün nəzərdə tutulub. Elektriklə işlədiyi üçün səs-küy azdır və karbon emissiyası sıfırdır. Layihənin əsas məqsədi sıx trafik olan şəhərlərdə vaxt itkisini azaltmaqdır. Bu sistemlə 2 saatlıq yolun 10 dəqiqədən az çəkməsi planlaşdırılır.

Hazırda bu texnologiyanın təhlükəsizliyi və şəhər mühitinə uyğunluğu yoxlanılır. Mütəxəssislər hesab edir ki, yaxın illərdə hava taksiləri böyük şəhərlərdə geniş istifadə oluna bilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol