Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Qışlaq sahəsində yerləşən 122 nömrəli ümumi orta ümumtəhsil məktəbi bağlanıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı Bizim.Media-ya həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri müraciət ediblər.
Onlar iddia edirlər ki, may ayının 24-ü (bazar günü) müəllimlər valideynlərə bununla bağlı xəbərdarlıq edərək övladlarını yaxınlıqda yerləşən digər məktəblərə yönləndirmələrini istəyiblər.
Valideynlər bildirirlər ki, məktəbdə təxminən 75 şagird təhsil alır və illərdir bəzi siniflər komplektləşdirilərək fəaliyyət göstərir.
Şixəliyevin məhkəməsində özünü yandırmaq istəyən - Zərərçəkmiş vəfat etdi
Valideynləri narahat edən əsas məsələ isə dərs ilinin sonuna yaxın belə bir addımın atılması və şagirdlərin digər məktəblərə daşınmasının təmin edilməməsidir. Onlar Qışlaq sahəsinin yaxınlığında məktəb yerləşmədiyini, övladlarını ya avtobusla, ya da şəxsi avtomobillə uzaq məsafədəki digər məktəblərə aparmağa məcbur qaldıqlarını bildiriblər. Təhsilalanların valideynləri ərazidə yol infrastrukturunun yenilənmədiyini də qeyd ediblər. Bir sözlə, valideynlər həm vaxt, həm də maddi itki ilə üzləşiblər.
122 nömrəli ümumi orta ümumtəhsil məktəbdən bildirilib ki, şagird sayının azlığı ilə əlaqədar 2026-2027-ci tədris ilindən optimallaşdırılması nəzərdə tutulur.
Bu barədə valideynlərin məlumatlandırıldığı vurğulanıb.
Qeyd edilib ki, ümumi təhsil müəssisələrdəki şagird sayı və kadr təminatı məsələləri nəzərə alınaraq təhlillər aparılır, təhsil müəssisələrinin rasionallaşdırılması prosesi həyata keçirilir. Rasionallaşdırılmanın həyata keçirilməsində məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, resursların səmərəli bölüşdürülməsi, eləcə də daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasından ibarətdir.
- Kürdəxani-Zabrat yolunda təhlükə - Video
- “Kristal Pelas” Konfrans Liqasının qalibi oldu
- Bu gün Azərbaycanın Müstəqillik Günüdür
- "MakDonalds"da biabırçılıq, bunu yemək olar? - Video
- “Uzak şehir”in sezon finalı sızdırıldı - Nələr olacaq?
- Əli Nağıyev Rusiyada iclasda - Foto
- İmtahan balları pul qarşılığında artırılır? - Video
- Ömürlük pensiya alanların diqqətinə!