Livandan İsrail ərazisinə 9 raket atılıb.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumata görə, raketlərdən 4-ü hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.
Eyni zamanda, son bir saat ərzində Livan sərhədi yaxınlığında yerləşən Metula, Malkiya və Manara yaşayış məntəqələri ərazisinə bir neçə dəfə tank əleyhinə raketlər buraxılıb.