Rusiya paytaxtında dəhşətli hadisə baş verib. Belə ki, 23 yaşlı Moskva sakini çağırış məktubu aldıqdan sonra atıcılıq klubunda intihar edib. Hadisənin görüntüləri müəssisədəki müşahidə kameraları ilə anbaan qeydə alınıb. Bildirilir ki, Marks adlı gənc “Vıstrel” klubunda intihar edib.
O, ölümündən əvvəl dostlarına yazıb ki, çağırış vərəqəsi alıb, amma əsgərliyə getmək istəmir. Faciədən az əvvəl Marksın dostları kluba zəng edərək işçilərə gəncin intihar niyyəti barədə xəbərdarlıq ediblər. Lakin heç kim onlara inanmayıb, işçilər bunun zarafat olduğunu düşünüblər. Məlumata görə, Marks hərbi komissarlığa noyabrın 21-də getməli idi.
- Sahibkarlar İlham Əliyevə müraciət etdi
- ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi!
- Azərbaycanda 68 şəhərin baş planı təsdiqləndi
- Əmək haqqı sistemi üzrə yeni islahatlar planlaşdırılır
- Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu - Foto
- Kürdəmirdə yanğın: ev sahibi yanaraq öldü
- Bu ərazilərə qar yağır
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü