Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva Şəki şəhərinə səfər çərçivəsində Xan məscidini ziyarət ediblər.
BUTA.TV xəbər verir ki, ziyarət zamanı məscidin imamı Vüqar Məmmədov Leyla Əliyevaya və Arzu Əliyevaya Xan məscidi kompleksi barədə ətraflı məlumat verib.
Bildirilib ki, XVIII əsrə aid olan Şəki Xan məscidi şəhərin mühüm dini-mədəni və tarixi-memarlıq abidələrindən biridir. Tarixi mənbələrə və abidə üzərindəki kitabələrə əsasən, məscid Hacı Məhəmmədhüseyn Xan tərəfindən inşa etdirilib.
Qeyd olunub ki, tarixi Şəki Xan məscidində bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Eləcə də məscid kompleksinin ərazisində muzey yaradılıb. Muzeydə Şəki xanlığı dövrünə aid eksponatlar, müxtəlif mənbələrdən toplanmış maddi-mədəniyyət nümunələri nümayiş olunur.
Muzey Şəki xanlığının yaranması və formalaşması tarixini, eləcə də onun milli dövlətçilik tariximizdə xüsusi yerini əyani şəkildə nümayiş etdirir.
Sonda Leyla Əliyevaya və Arzu Əliyevaya "Qurani-Kərim” hədiyyə olunub.
- Bakıda 1 yaşlı körpə pnevmoniyadan öldü
- Yol polisi piyadalara çağırış etdi
- Emin: Leyla xanımla görüşməyə başlayanda... - Video
- Bu ərazilərdə güclü külək əsir
- “Azercell”in rəqəmsal ekosistemin gücləndirilməsinə töhfəsi...
- Məleykə xanım bu xalqdan kimin və nəyin qisasını alır?..
- Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
- 1677 işçi müqaviləsiz çalışıb: 2,5 milyonluq cərimə...