Melaniya məndən cəld reaksiya verdi - Tramp

14:02 - 26 Aprel 2026 - GÜNDƏM

 Melaniya məndən cəld reaksiya verdi - Tramp

ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, atışmanın başladığı oteldən daha tez ayrılmalı idi.

BUTA.TV Modern.az-a istinadla xəbər verir ki, o, hadisədən sonra keçirdiyi brifinqdə atışma səsini eşidən kimi reaksiya vermədiyini deyib.

"Baş verənləri izləyirdim. Yəqin ki, daha da tez ayrılmalı idim", - o bildirib.

Tramp həmçinin hadisədən şoka düşdüyünü və birinci xanım Melaniya Trampın ondan daha tez reaksiya verdiyini qeyd edib:

Bu xəbər hal-hazırda çox oxunur
Şəkili Pərviz yenə saxlanıldı

"Düşünürəm ki, o, nə baş verdiyini dərhal anladı".

Qeyd edək ki, Ağ Ev Müxbirləri Assosiasiyası üzvlərinin Vaşinqtonda keçirilən şam yeməyində atışma səsləri eşidilib və Tramp, birinci xanım Melaniya Tramp, vitse-prezident Ceys Devid Vens və Ağ Evin mətbuat katibi dərhal təxliyə edilib.

Hücum edən şəxsin 31 yaşlı Koul Allen olduğu üzə çıxıb. O, tək hərəkə edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol