Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal

22:10 - 24 Aprel 2026 - GÜNDƏM

 Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal

Rusiyanın Yekaterinburq şəhərində Ural Federal Universitetinin müəllimi Yuliya Volkovanın açıqlamaları qalmaqala səbəb olub.

BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, maliyyə və kredit kafedrasının baş müəllimi sosial şəbəkədə tələbəsinin və onun övladının fotosunu paylaşaraq təhqiramiz şərhlər yazıb.

O, qızın xarici görünüşü ilə bağlı "bütün azərbaycanlı ailələr məni bağışlasın, amma belə gözəl insanlardan niyə belə çirkin uşaqlar doğulur" ifadəsini işlədib və uşağın artıq çəkisinin olduğunu bildirib.

Uşağın anası sosial şəbəkələrdə bildirib ki, məsələ ilə bağlı prokurorluğa müraciət edib. Onun sözlərinə görə, qızın səhhətində problemlər var və artıq çəki qəbul etməsi dərman qəbul etməsi ilə bağlıdır:

Bu xəbər hal-hazırda çox oxunur
TƏBİB-də kimlər getdi, kimlər qaldı?

"O, uşağın ən uğursuz fotosunu paylaşıb. Necə olur ki, başqasının uşağını paylaşaraq onun çirkin olduğunu yazır?"

Ural Federal Universitetindən bildirilib ki, faktla bağlı araşdırma aparılır və nəticəyə uyğun qərar veriləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol