Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

19:52 - 24 Aprel 2026 - DÜNYA

 Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

Türkiyəli məşhur müğənni Hande Yener Muğlada keçirilən konsert zamanı prezident Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələr işlətməsi iddiası ilə istintaqa ifadə verməyə çağırılıb.

BUTA.TV Lent.az-a istinadən xəbər verir ki, müğənni səhnədə çıxışı zamanı prezidentə işarə edərək “Bu dövrü çox gözəl devirəcəyik” dediyi iddia olunub.

İstintaq çərçivəsində müğənni barəsində hər hansı saxlanılma tədbiri görülməyib, lakin onun şübhəli şəxs qismində ifadəsinin alınmasına qərar verilib.

Yener prokurorluğa verdiyi ifadəsində bildirib ki, səhnədəki hərəkətləri siyasi mövqe deyil, musiqinin ritmi və tamaşaçıların coşqusuna verilən ani reaksiya olub.

Bu xəbər hal-hazırda çox oxunur
TƏBİB-də kimlər getdi, kimlər qaldı?

Müğənni qeyd edib ki, fərqli zaman və məkanlarda baş verən hadisələr sanki bir hadisə kimi təqdim olunub. Onun sözlərinə görə, səhnədə tullanması ilə “Bu dövrü devirəcəyik” ifadəsi eyni ana aid deyil.

Yener bildirib ki, həmin ifadə başqa bir konsertində, Harbiyedə keçirilən çıxış zamanı “Bodrum” mahnısına istinadən gənclərə motivasiya xarakterli nitqinin bir hissəsi olub. Onun fikrincə, bu iki ayrı hadisənin birləşdirilməsi məqsədli şəkildə yanlış təqdimatdır.

Sənətçi ifadəsində həmçinin bildirib ki, o, fəaliyyətini hər zaman birləşdirici güc kimi görüb. O, 15 iyul 2016-cı il Türkiyədə çevriliş cəhdi sonrası demokratiya aksiyalarında iştirak etdiyini, Yenikapı mitinqində yer aldığını və prezidentlə müxtəlif tədbirlərdə görüşdüyünü xatırladıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol