FHN Şuşada təlim keçirdi - Video

13:22 - 24 Aprel 2026 - GÜNDƏM

 FHN Şuşada təlim keçirdi - Video

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə Şuşa şəhərində yerləşən Şuşa Otel-Konqres Mərkəzi Kompleksində təlim keçirilib.

BUTA.TV xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

“Mehmanxanaların yanğın təhlükəsizliyi” mövzusunda keçirilən və FHN-in Dövlət Yanğın Nəzarəti, Dövlət Yanğından Mühafizə xidmətlərinin və Qarabağ Regional Mərkəzinin müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimin keçirilməsində məqsəd kompleksin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub.

İki hissədən ibarət təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən mərkəzin kollektivinə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər, otellərdə baş verə bilən yanğınlar zamanı davranış qaydaları və təxliyə barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.

Bu xəbər hal-hazırda çox oxunur
Balakişi Qasımovun səlahiyyət müddəti bitdi

Sonra təlimin praktiki hissəsinə start verilib.

Belə ki, şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğın-xilasetmə qüvvələri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar.

Həmçinin, şərti yanğın baş vermiş mehmanxanada təxliyə planına uyğun olaraq, “zərərçəkmişlərin” təhlükəsiz yerə təxliyəsi həyata keçirilib və “yanğın” qısa müddətdə söndürülüb.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol