Xudavəng monastırının yeni görüntüləri - Video

15:04 - 24 Aprel 2026 - GÜNDƏM

 Xudavəng monastırının yeni görüntüləri - Video

Dünya əhəmiyyətli tarixi abidə – Xudavəng monastırı ilə bağlı videoçarx hazırlanıb.

Bu barədə BUTA.TV-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, videoçarx Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə hazırlanıb.

Bildirilib ki, Azərbaycan ərazisindəki alban məbədlərinin mirvarisi adlandırılan VI-XIII-XVIII əsrlərdə inşa elmiş Xudavəng monastırı tarixi abidədir. Kəlbəcər rayonunda yerləşən monastırın tarixi və memarlıq xüsusiyyətləri, bölgənin mədəni irsindəki əhəmiyyəti videoçarxda ətraflı şəkildə işıqlandırılır. Layihənin məqsədi – bölgənin çoxəsrlik tarixi və maddi-mənəvi irsinin təbliğ etməkdir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol