Türkiyədə azərbaycanlı qadın güllələnərək öldürüldü - Foto

16:06 - 27 Aprel 2026 - KRİMİNAL

 Türkiyədə azərbaycanlı qadın güllələnərək öldürüldü - Foto

Türkiyənin İğdır bölgəsində azərbaycanəsilli qadın yaşadığı evdə ölü tapılıb.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "İhlas" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, gecə saatlarında evdən gələn silah səsləri ilə əlaqədar qonşular hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Hadisə yerinə gələn asayiş keşikçiləri Əli Mamakın və azərbaycanəsilli Maisə Bayramovanın silahla vurulduqlarını müəyyənləşdiriblər.

Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol