Yerdə tapılır: qramı 17 min manatdır...

23:36 - 26 Aprel 2026 - GÜNDƏM

 Yerdə tapılır: qramı 17 min manatdır...

Dünyanın ən nadir metalı süni şəkildə yaradılan kalifornium hesab olunur. Təbii metallar arasında isə ən nadir metal osmium sayılır.

BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu barədə Yeni Materiallar və Texnologiyalar üzrə Milli Texnologiya Təşəbbüsünün eksperti Yevgeni Vişnevski deyib.

Onun sözlərinə görə, əgər bütün metallar, o cümlədən insan əli ilə sintez edilənlər nəzərə alınarsa, Kalifornium nadirlik üzrə mütləq rekorda malikdir:

“Amma yerin dərinliklərindən çıxarıla bilən təbii və sabit metallar arasında osmium ən nadir metal olaraq qalır”.

Nadir təbii metala gəldikdə isə Vişnevski bildirib ki, osmium Cənubi Afrika, Rusiya, ABŞ, Kanada və Qazaxıstanda əldə olunur. Onun yer qabığındakı miqdarı olduqca aşağı olur – təxminən milyonda 0,001 hissə. Buna görə də hətta bir ton qayada belə metalın miqdarı bir qum dənəsinin kütləsindən az olur.

O vurğulayıb ki, osmiumun qiyməti saflığından və izotopundan asılı olaraq qram üçün 1500 dollardan 10.000 dollara (17 min manat) qədər dəyişə bilər. Metal və onun ərintiləri reaktiv mühərriklər, kosmik gəmilər üçün komponentlər, eləcə də yüksək dəqiqlikli cərrahi alətlər üçün istifadə olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol