Emil Məsimov “AzerTelecom” şirkətinin direktorlar şurasının sədri vəzifəsinə təyin edilib. Direktorlar şurasının sabiq sədri Fuad Allahverdiyev “AzerTelecom” şirkətindən, eləcə də “NEQSOL Holding”dən noyabr ayında ayrılıb.
Emil Məsimov 18 ildən artıqdır ki, telekommunikasiya sektorunda fəaliyyət göstərir. O, hazırda “Azerconnect” şirkətinin Baş direktoru olmaqla bərabər informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən bir neçə böyük şirkətin Müşahidə Şurasında təmsil olunur. Emil Məsimov biznesin idarə edilməsi üzrə İngiltərənin Mançester Universiteti və Harvard Biznes Məktəbinin məzunudur.
“AzerTelecom” Azərbaycanın aparıcı telekommunikasiya şirkəti olmaqla NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun Telekommunikasiya qrupuna daxildir.
NEQSOL Holding on bir ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir və 12.000-dən çox işçi heyətinə malikdir.
- 28 May-Nizami stansiyaları arasında avtobuslar pulsuz olacaq?
- Xəzərdə güclü zəlzələ oldu
- Eltisinin ölümünə səbəb olan həkim həbs olundu
- Sabah yağış yağacaq
- İşlədiyi evdən 30 minlik oğurluq etdi, saxlanıldı
- 4100-dən çox şəxs evlərində sosial xidmətlə təmin edilib
- Taleh Bağırzadənin oğlu 17 yaşlı qızın yumruqla burnunu sındırdı
- Şirvanda zəhərlənmə: bu restoran bağlandı