Bayden administrasiyasının Ukrayna üçün Konqresdən pul almaq səylərində misli görünməmiş məqam var.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram kanalında yazıb.
“Bayden administrasiyası tərəfindən ABŞ Konqresinin primitiv şantajı heç də yeni deyil və tarixi presedentlərə malikdir. Lakin indiki vəziyyətdə yeni bir məqam var. Amerikada indiyə qədər heç vaxt dağılma prosesində olan bir dövlət üçün bu qədər pul pul tələb olunmamışdı”, - Medvedyev bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden oktyabr ayında milli təhlükəsizliyi təmin etmək məqsədi daşıyan 106 milyard dollarlıq maliyyə paketini təqdim etmişdi. Layihədə Ukrayna, İsrail və Tayvana dəstək üçün 106 milyard dollar ayrılması nəzərdə tutulurdu. Bunun 61 milyardı Ukraynaya verilməli idi. Lakin qanun layihəsi ABŞ Senatında prosessual səsvermədən keçməyib.
- DİM-dən buraxılış imtahanında iştirak edənlərə müraciət
- AzTV-nin aparıcısına vəzifə verildi
- Bakıda kişi və arvadı kirayə qaldığı evdə dəm qazından öldü
- Bəzi ərazilərdə işıq olmayacaq
- Bu gündən elektron siqaretlər qadağan olundu
- Lahıc yolunda torpaq sürüşməsi baş verdi, hərəkət dayandırıldı
- Cümhuriyyət Qülləsində bayrağımız proyeksiya olundu - Foto
- Bakıda dəhşətli qırğın, 12 min ölü - Avstriya qəzeti