Ermənistan ərazisindən keçən dəhlizin açılması ticarətin inkişafında və regionun rifahında ciddi rol oynayacaq.
BUTA.TV xəbər verir ki, bunu AKP sədrinin türk dövlətləri ilə əlaqələr üzrə müavini Kürşat Zorlu Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladığı Birgə Bəyannaməni şərh edərkən bildirib.
Türkiyənin hakim partiyasının sədr müavini vurğulayıb:
“Dəhlizin Ermənistan hissəsindən istifadə ölkələrimizə Xəzər dənizi vasitəsilə ticarət tədarükü potensialını tam reallaşdırmağa imkan verəcək, türk dövlətlərinin inkişafında, o cümlədən ticarət, enerji və turizm sahələrində yeni sıçrayışın əsasını qoyacaq. Türkiyə və onun lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycanın yanındadır və qardaş ölkənin sülh yolunda tarixi mübarizəsinə həmişə köməklik göstərəcək”.
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?
- Bu rayonlarda işıq olmayacaq
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək