Avqustun 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
BUTA.TV xəbər verir ki, iclasda avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən tarixi görüşdə əldə olunan razılaşmalar və sülh istiqamətində atıla biləcək növbəti addımlar müzakirə olunacaq.
Həmçinin Yaxın Şərq, o cümlədən Qəzzadakı son durum barədə də fikir mübadiləsi aparılacaq.
Hökumətin iclasında, eyni zamanda, terrorla və meşə yanğınları ilə mübarizə də gündəlikdə olacaq.
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video