Azərbaycan hərbçiləri Pakistanın Müstəqillik Günü ilə bağlı bu ölkədə keçirilən təntənəli mərasimdə iştirak edib.
BUTA.TV xəbər verir ki, hərbçilərimiz mərasim zamanı qonaqların qarşısından keçib.
Hərbçilərimizin keçidini təqdim edən pakistanlı spiker mərasimdə iştirak edən qonaqlardan ayağa qalxmalarını xahiş edib:
“Xanımlar və cənablar, zəhmət olmasa, qalib Azərbaycan ordusunun hərbçilərini qarşılayın. Pakistana xoş gəlmisiniz! Yaşasın Pakistan-Azərbaycan qardaşlığı və birliyi! Azərbaycan ordusu özünün uğurlu əməliyyatları və peşəkarlığı ilə bizə nümunə olub.
Azərbaycan və Türkiyə bayraqları qarşınızdan keçərkən xahiş olunur ki, ayağa qalxasınız!”
- Emindən qızı Əminəyə ad günü hədiyyəsi - Video
- İş günü qısaldılacaq - Bu tarixdə
- Bakının üç rayonunda qaz kəsiləcək
- Litvanın baş naziri Bakıda xalça toxudu
- Bu ərazilərdə qaz kəsiləcək
- Elektrikə qoşulmaq üçün yeni qayda tətbiq ediləcək
- Cəlil Əhmədov departamentə müdir təyin edildi
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video