Ukrayna Prezidenti Vladimir Zelenski çox ağır seçim qarşısındadır.
BUTA.TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu yazıb.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə Zelenskidən müharibəni dayandırmasını və bunun qarşılığında Donbasın Rusiyaya qurban verməsini istəyəcək:
“Kreml bunun əvəzinə Ukraynaya daha hücum etməyəcəyi və Qərb ölkələrinin Kiyevə verəcəyi təhlükəsizlik təminatını tanıyacağını vəd edib. Bu vədin bir qara qəpiklik dəyəri yoxdur. Ortada Kremlin 1994-cü il sazişini cırıb zibil yeşiyinə atdığı faktı var. Zelenski Vaşinqtona səfərdən əvvəl açıqlama verərək Ukrayna Konstitusiyasına zidd qərar verməyəcəyini və Donbasdan imtina etməyəcəyini bildirib. Zelenski bu fikrini Trampa deyəcəyi halda o, Ağ Evdən nəticəsiz qayıdacaq. Bu, Ukraynanın resurslarını tükəndirən müharibənin davamı və Trampın Ukraynaya hərbi dəstəyi azaltması demək olacaq. Zelenski Trampın təklifini qəbul etsə isə, o ərazilərdən imtinasını Ukraynaya xalqına izah etməli olacaq. Prezidentə ərazisindən imtinanı xalqına izah etməkdən ağır vəzifə ola bilməz. Bu, faktiki Rusiya qarşısında kapitulyasiyadır”.
Politoloq bildirib ki, Trampa nə yolla olursa-olsun müharibəni dayandırmaq, seçkiqabağı vədini yerinə yetirməklə reytinqini artırmaq və Nobel sülh mükafatı almaq lazımdır:
“Yeganə maneə Zelenskinin kapitulyasiyaya müqavimət göstərməsidir. Ukrayna prezidenti üçün bu görüş ötən dəfəki görüşdən daha ağır keçəcək. Zelenski dünyanın gözü qarşısında Ağ Evdə ikinci dəfə Trampla mübahisə etmək istəmir. Ona görə də Zelenski Trampın təklifinə “yox” cavabı vermək əvəzinə, məsələni uzatmaq taktikasını seçə bilər”.
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı