Bakının Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binaların birində qeyri-adi hadisə yaşanıb.
BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, bir qadın bloklara daxil olaraq evlərə girməyə çalışıb. Hətta açıq qapı görən zaman içəri də daxil olub. Həmin görüntüləri isə sosial şəbəkədə sakinlər paylaşıblar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, paytaxtın Nərimanov rayonunda yerləşən binalardan birinin mənzillərinə daxil olmağa çalışan naməlum qadınla bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılır.
Həmin şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər görülür.
Ətraflı süjetdə:
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı