Moskva və İrəvan Ermənistanın cənubundan keçəcək nəqliyyat marşrutu məsələsini müzakirə edib. Moskva hesab edir ki, bu, Rusiya və Ermənistan arasında əlaqəni gücləndirəcək.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu fikri Rusiya baş nazirinin müavini Aleksey Overçuk səsləndirib.
"Əlbəttə, biz bu məsələni həm mənim İrəvana səfərim zamanı, həm də Həştərxanda azərbaycanlı həmkarlarımla görüşlər zamanı müzakirə etmişik. Bunun necə olacağı barədə anlayışımız var", - o deyib.
Overçukun fikrincə, Zəngəzur dəhlizinin tikintisi Avrasiyanın ümumi nəqliyyat karkasının formalaşmasına kömək edəcək.
"Əgər belə bir yol olarsa, o cümlədən Ermənistanın Rusiya ilə əlaqəsini gücləndirəcək. Bizim qiymətləndirmələrimizə görə, bu, bəlkə də ölkələrimiz arasında yük daşımaları üçün əsas yol olacaq", - Overçuk vurğulayıb.
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu
- Prezidentin yüksək vəzifə verdiyi Əməşov kimdir?
- 3 ayda 10 min uşağa reabilitasiya xidmətləri göstərilib
- Tovuzda ailə üç uşağından imtina etdi