Rusiya Prezidenti Vladimir Putin Ukrayna müharibəsi fonunda özünü “sülhpərvər” kimi göstərmək üçün tez-tez eyni fikri təkrarlayır: “Rusiyanın NATO ölkələrinə hücum etmək fikri yoxdur. Qərb ölkələrində belə düşünənlər varsa, ağıllarını itiriblər”. Kreml sahibi bugünə qədər o qədər yalan danışıb ki, bu da onlardan biridir. Putinin əmri olmasaydı, Rusiya dronları NATO üzvü olan Polşanın hava sahəsinə daxil olmazdı.
BUTA.TV xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, dronlar Polşanın hava sahəsində daxil olmaq üçün Ukraynanın qərb bölgələrindən keçib:
“Müharibə Ukraynanın şərqində gedir, Rusiya dronları isə cəbhə bölgəsindən min kilometrlərlə uzaq məsafə qət ediblər.
Putin ABŞ Prezidenti Donald Trampı yalandan tərifləməklə məşğuldur, reallıqda isə o, Ağ Ev sahibinin imicinə zərbələr vurmaqda davam edir. Prezidentlərin Alyaska görüşündən sonra Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi genişlənib, paytaxt Kiyev bombalanır, mülki insanlar həlak olurlar. Putin Polşanı hədəf seçiməklə NATO-nun və Vaşinqtonun nəbzini yoxlayır. Vaşinqton və Brüssel əməli tədbirlər görməyəcəkləri halda Polşadan sonra Rusiya dronları digər NATO üzvləri olan Baltik ölkələri, o cümlədən Finlandiyanın hava sahəsində də görünəcək”.
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu