Ermənistan hakimiyyəti tərəfindən irəli sürülən konstitusiya dəyişiklikləri Azərbaycanın Ermənistana qarşı tələbləri ilə bağlı deyil.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan RTVİ-yə müsahibəsində bildirib.
“Xeyr, bu, Azərbaycan Prezidenti İlham Əliyevin tələblərinə aid deyil, bununla bağlı deyil”, – deyə o bildirib.
Xaçatryan xatırladıb ki, Ermənistan hökuməti 2018-ci ildə hakimiyyətə gəldikdən sonra konstitusiyanı dəyişməyi planlaşdırıb:
“Ümumiyyətlə, hakimiyyətin arzuları hələ o vaxtdan, bütün bu hadisələrdən əvvəl konstitusiyanı dəyişmək idi, yəni 2018-ci ildən sonra hakimiyyətə gələnlərdən söhbət gedir, məsələ məhz bundan dərhal sonra başlanmışdı və hətta komissiya yaradılmışdı, hökumət işləməyə, müzakirə etməyə başlamışdı. Bu, sülh müqaviləsi ilə bağlı deyil, onsuz da bizə konstitusiyanı dəyişmək lazım idi. Əslində, bu konstitusiya bir nəfər üçün – baş nazir üçün yaradılmışdı”.
Onun sözlərinə görə, bu, 2020-ci ilin payızında Qarabağda baş vermiş müharibə və sonrakı hadisələrlə əlaqədar olmayıb.
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub