Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin İrəvanda keçirilən altıncı görüşünün nəticələrini alqışlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Qrono X sosial şəbəkə hesabında paylaşım edib.
"Mən Ermənistan və Türkiyənin xüsusi nümayəndələri - Ruben Rubinyan və Sərdar Kılıç arasında bu gün İrəvanda baş tutan altıncı görüşü ürəkdən alqışlayıram. Bugünkü dinamika və verilən bəyanatlar ümidvericidir", - o vurğulayıb.
Qrono qeyd edib ki, AB Ermənistan və Türkiyə arasında normallaşma və sülh proseslərini yaxından izləməkdə davam edir və tərəflərin davamlı sülhün əldə edilməsinə, regional əməkdaşlığın inkişafına, əlaqələrin və uzlaşmanın gücləndirilməsinə yönəlmiş səylərini dəstəkləmək niyyətindədir.
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu
- Prezidentin yüksək vəzifə verdiyi Əməşov kimdir?