Bu gün Xankəndi şəhərinin erməni əsilli sakini, 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviçin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb.
BUTA.TV-ın APA-ya istinadən verdiyi məlumata görə, görüntülərdə Karen Avanesyanın təxribat törətmək üçün avtomat və qumbaraları qabaqcadan gizlətdiyi yerdən götürməsi əks olunub. Lakin polis əməkdaşlarının sayıqlığı sayəsində onun niyyəti baş tutmayıb.
Qeyd edək ki, Katen Avanesyan bu gün qabaqcadan gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı, eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.
Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub.
Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.
Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.
K.Avanesyan hazırda həkim nəzarətindədir.
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu