2022-ci il oktyabrın 6-dan sonra siyasi rəqiblərdən gələn əsas fikir o oldu ki, biz Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdıq. Bu doğrudur, biz bunu heç vaxt inkar etməmişik, amma bu, bütün həqiqət deyil.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Niyə mən təkcə Azərbaycanın deyil, İranın, Türkiyənin, Gürcüstanın da ərazi bütövlüyünü tanıdım? Əlbəttə ki, digər qonşularımızla - İran və Gürcüstanla - belə suallar, xoşbəxtlikdən, yaranmadı, amma buna baxmayaraq, bu, vacib bir təsbitdir. Niyə? Sadə səbəbdən: hər bir dövlətin ərazi bütövlüyü qonşularının ərazi bütövlüyü ilə bağlıdır. Ona görə də biz Azərbaycanın ərazi bütövlüyünü tanıdıq ki, Ermənistanın ərazi bütövlüyü tanınsın. Sadəcə olaraq başqa yol yoxdur”, - o bildirib.
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub