“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu, Ağdam klubunun futbolçusu Musa Qurbanovun toyunda futbol ictimaiyyətinin əksər üzvləri ilə yanaşı sürpriz adlar da iştirak edib.
“BUTA TV” Sportinfo.az-a istinadən xəbər verir ki, AFFA-nın sabiq baş katibi və icraçı vitse-prezidenti, hazırda FİFA-da vəzifə daşıyan Elxan Məmmədov da dəvətlilər arasında yer alıb.
Nazir və yüksəkvəzifəli məmurların iştirak etdiyi toy məclisinə AFFA rəsmiləri və İcraiyyə Komitəsinin üzvləri də çağırılıblar. Qurban Qurbanovun bir vaxtlar məhz Elxan Məmmədovun təşəbbüsüylə millidən qovulduğunu nəzərə alsaq, sabiq baş katibin dəvəti əksər qonaqlarda təəccüb doğurub. Çünki kuluarlarda bu iki nəfər arasında çoxdandır münasibətin olmadığına dair fikirlər səslənirdi. Elxan Məmmədov məclisdə ondan sonra AFFA-nın baş katibi postunu tutmuş, indi münasibət saxlamadığı Sərxan Hacıyevlə üzbəüz əyləşib.
Tanınmış futbol eksperti Emin Abbasov bu hadisəyə özünəməxsus şəkildə münasibət bildirib: “Taleyin işinə bir bax. Biz həmişə Elxan Məmmədovla müharibə eləmişik ki, Qurban Qurbanovun haqqına girirsən, ayağının altını qazırsan. İndi Elxan Məmmədov Qurban Qurbanovun məclisinin yuxarı başında, bizi isə heç qapıdan içəri keçməyə belə layiq görmürlər. Həyatdır da…”
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu
- Prezidentin yüksək vəzifə verdiyi Əməşov kimdir?
- 3 ayda 10 min uşağa reabilitasiya xidmətləri göstərilib
- Tovuzda ailə üç uşağından imtina etdi