Bu, Ermənistan və Azərbaycan hökumətlərinin qərarı idi və ATƏT də bunu məmnuniyyətlə yerinə yetirdi.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Finlandiyanın Ermənistandakı səfiri Kirsti Narinen ATƏT-in Minsk qrupunun buraxılması məsələsinə toxunaraq deyib.
“Məncə, Minsk qrupu kifayət qədər uzun müddət fəaliyyətsiz qalan, sadəcə mövcud olan bir struktur idi, amma praktikada, açığını desəm, ondan heç bir alət kimi istifadə oluna bilməzdi”, - səfir bildirib.
Azərbaycanın Qarabağ İqtisadi Rayonundan könüllü getmiş ermənilərə gəlincə, Narinen qeyd edib:
“Hesab edirəm ki, bizim onlar üçün edə biləcəyimiz ən yaxşı şey Ermənistanın möhkəmliyini, rifahını artırmaq və bu insanların burada məskunlaşması və öz həyatlarını tapması üçün iqtisadi, siyasi və sosial imkanlar yaratmaqla ona dəstək olmaqdır. Əgər uzunmüddətli perspektivdən danışırıqsa, bu nöqtədə mühakimə yürütmək mümkün deyil”.
Diplomat Azərbaycan və Ermənistan arasında sülhün mümkünlüyünə də diqqət çəkib:
“Sülh iradə məsələsidir. Əgər iki xalq və dövlət arasında sülh və barışıq iradəsi varsa, bu, əlbəttə, mümkündür. Amma bu, uzunmüddətli proses ola bilər”.
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu