Cenevrədə Xəzəryanı dövlətlərin ətraf mühit nazirlərinin qərarı ilə "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Katibliyinin təşkili üzrə sənəd layihələrinin hazırlanması məqsədilə yaradılmış xüsusi qrupun 18-19 dekabr 2025-ci il tarixlərində ikinci iclası keçirilib.
Bu barədə BUTA.TV-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, konvensiyanın müvəqqəti katibliyi kimi fəaliyyət göstərən BMT-nin Ətraf Mühit Proqramının Avropa Regional Ofisi tərəfindən təşkil olunan görüşdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər.
Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov rəhbərlik edib.
Azərbaycan tərəfinin sədrliyi ilə keçirilən iclasda Konvensiyanın Katibliyinin təşkili üzrə konseptual əsasların müzakirəsi davam etdirilib.
Tərəflər katibliyin Xəzər dənizi regionunda yerləşdirilməsinin institusional mexanizmlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində konvensiyanın müvəqqəti katibliyi Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlı Fəaliyyət Planı layihəsinin müzakirələrinin gedişatı barədə tərəflərə məlumat verib.
- Bakıda əməliyyat: saxlanılanlar var - Video
- Bakıdan Ermənistana neft daşınması: Tiflisdən simvolik qiymət...
- FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edildi - Foto
- Küləklə bağlı sarı xəbərdarlıq
- Fuad Nəcəfli istintaqa cəlb edildi
- ADY sərnişinlərə kitab hədiyyə edir - Foto
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
- Ölüm təhdidi ilə gündəmə gələn şəxsə vəzifə verildi