Rusiyada 3 azərbaycanlı barədə qərar verildi

00:56 - 20 Dekabr 2025 - GÜNDƏM

 Rusiyada 3 azərbaycanlı barədə qərar verildi

Rusiyanın Sverdlovsk vilayətində məhkəmə Yekaterinburqda əvvəlki illərə aid qətl işləri üzrə təqsirləndirilən üç azərbaycanlının həbs müddətini uzadıb.

BUTA.TV Modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Sverdlovsk vilayət məhkəməsi məlumat yayıb.

Azər Abbasov, Şahin Lalayev və Əhliman Gənciyev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsi və 105-ci maddəsinin 2-ci hissəsinin “z” və “j” bəndləri üzrə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qətl, sifarişli qətl və sifarişli qətlə cəhd ittihamları ilə mühakimə olunurlar.

Məhkəmənin qərarına əsasən, onların barəsində seçilmiş həbs qətimkan tədbiri 2026-cı il martın 29-dək uzadılıb. Qərar qanuni qüvvəyə minməyib və tərəflərin onu üç gün müddətində apellyasiya qaydasında şikayət vermək hüququ var.

Bu xəbər hal-hazırda çox oxunur
Ağdaban qətliamından daha bir il ötür

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol