İş adamı Samvel Karapetyanın tərəfdarları Ermənistan hökumətini Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına görə sərt tənqid edirlər. Sonuncular sülh prosesinə də etirazlarını bildirirlər.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Haykakan Jamanak” yazıb. Nəşr bildirib ki, Ermənistanda hakimiyyəti ələ keçirməyə çağırış etdiyinə görə bir neçə aydır həbsdə olan rusiyalı milyarder Samvel Karapetyanın qohumları və onun ideyalarını yayan fəallar bu dəfə Azərbaycandan Ermənistana benzin tədarükü ətrafında spekulyasiyaya əl atırlar:
“Bu “tənqidlər” fonunda media və sosial platformalarda Samvel Karapetyanın 2016-cı ildə Moskvada “Safisa” ziyafət zalında oğlu Sərkis Karapetyanın dəbdəbəli toyunu təşkil etməsinin səbəbi ilə bağlı suallar yaranır. Məlumata görə, o dövrdə “Safisa” məşhur azərbaycanlı iş adamı Telman İsmayılova məxsus olub. Həmin məlumata əsasən, toyun ümumi büdcəsi təxminən 2 milyon dollar olub. Sərkis və gürcü gəlininin toyunda Alla Puqaçova, Qriqori Leps, Filip Kirkorov, Valeri Meladze, Nikolay Baskov, Dima Bilan, Timati, eləcə də Serj Sərkisyan da daxil olmaqla, 500 qonaq iştirak edib.
Yəni Samvel Karapetyan və onun fikirlərini bölüşənlərin düşüncəsinə görə, azərbaycanlıya məxsus restoranda 2 milyon dollara toy təşkil etmək olar, amma dövlətlərarası münasibətləri normallaşdırmaq üçün Azərbaycandan benzin ala bilməzsən”.
- "Azərsun Holdinq" bu istiqamətdə fəaliyyətini genişləndirir
- Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
- Suçəkmə işləri davam etdirilir - Video
- Rayonlara intensiv yağış yağacaq – Xəbərdarlıq
- “Nar” inklüziv təşəbbüsə qoşulub
- Gəncə və Minsk Avtomobil Zavodu arasında müqavilə imzalandı
- Nazir “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü
- Ərdoğandan ABŞ-İran arasındakı atəşkəsə reaksiya