“Tramp Marşrutu” (TRIPP) adlanan təşəbbüsün icrasının praktiki mərhələsi, o cümlədən tikinti işlərinə başlanması 2026-cı ilə planlaşdırılır.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Ermənistan “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” layihəsinin hüquqi bazasının formalaşdırılması və tənzimləmə mexanizmlərinin hazırlanması üzrə amerikalı tərəfdaşlarla intensiv danışıqlar aparır.
Qeyd edilib ki, Ermənistan-ABŞ birgə müəssisəsi olan “TRIPP Company” Ermənistanda qeydiyyatdan keçiriləcək və dəmir və avtomobil yolları, neft-qaz boru kəmərləri, eləcə də optik lifli rabitə xətləri daxil olmaqla zəruri infrastrukturun inkişafı hüququna malik olacaq.
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı
- FHN əməkdaşları faciədən öncə... - Video
- Sabah hava necə olacaq?
- Əjdər Cəfərova yüksək vəzifə verildi