Azərbaycan və Ermənistan arasındakı münaqişə dəhşətli fəlakətə çevrilə bilərdi.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio ilin yekunları ilə bağlı danışarkən deyib.
O bildirib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan sülh bəyannaməsi ilə bunun qarşısı alındı.
“ABŞ bir sıra beynəlxalq münaqişələrin qarşısını almağa və onları tənzimləməyə nail olub”, – Rubio bildirib.
ABŞ Dövlət katibi Bakı və İrəvan arasında mümkün müharibənin hansı istiqamətdə olacağını açıqlamasa da, söhbətin Zəngəzur dəhlizi uğrunda hərbi toqquşmadan getdiyi ehtimal edilir. Belə ki, rəsmi İrəvan öhdəlik götürməsinə rəğmən, dəhlizi açmaqdan yayınırdı. Lakin 8 avqust bəyannaməsi ilə sözügedən dəhlizin “TRİPP layihəsi” adı altında açılması razılaşdırıldı və münaqişə başa çatdı.
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı
- FHN əməkdaşları faciədən öncə... - Video
- Sabah hava necə olacaq?
- Əjdər Cəfərova yüksək vəzifə verildi