Kreditini ödəməkdə çətinlik çəkən vətəndaşlar bir çox hallarda müddətin uzadılmasını istəyirlər. Məsələn, 1 il müddətinə götürülən kredit 2 ilə qədər uzadıldıqda aylıq ödəniş azalır.
Bəs bu imkan nə qədər əlçatandır və hər kəsə şamil edilə bilərmi?
BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisadçı-ekspert Əkrəm Həsənovun sözlərinə görə, bu kimi hallarda banklar borcalanın maliyyə vəziyyətini, ödəniş tarixçəsini və risk amillərini nəzərə alaraq qərar qəbul edirlər. Yəni bu imkan müəyyən şərtlərlə tətbiq olunur.
Əgər borcalan bank qarşısında öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirə bilmədiyini sübut edər və bank buna razılıq verərsə, kreditin müddəti uzadıla bilər. Bu zaman tərəflər arasında əlavə razılaşma bağlanır. Bank razılıq verməsə, kredit müddətinin uzadılması mümkün deyil.
Ekspertlərin söylədiklərinə görə, banklar bu cür güzəştlərə fərdi qaydada baxırlar. Hər müraciət ayrıca qiymətləndirilir. Bu imkan bütün müştərilərə şamil edilməyə bilər.
- Suçəkmə işləri davam etdirilir - Video
- Rayonlara intensiv yağış yağacaq – Xəbərdarlıq
- “Nar” inklüziv təşəbbüsə qoşulub
- Gəncə və Minsk Avtomobil Zavodu arasında müqavilə imzalandı
- Nazir “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü
- Ərdoğandan ABŞ-İran arasındakı atəşkəsə reaksiya
- Sədrin işdən çıxardığı müavini nazir müşaviri təyin olundu
- Vəkillər Kollegiyasından bir vəkil xaric edildi