ABŞ mətbuatı Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatına istinad edərək İranın ali rəhbəri Əli Xamaneinin Moskvaya qaçacağı ilə bağlı xəbər yayımlayıb. Mərkəzi Kəşfiyyat İdarəsi bu xəbəri məqsədli şəkildə yayıb. Məqsəd İranda etiraz dalğasının genişlənməsini təmin etmək və mühafizəkarlar arasında fikir ayrılığı yaratmaqdır.
BUTA.TV xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
“Bu xəbər İranda müzakirə mövzusuna çevriləcək. Ancaq mühafizəkarlara rəhbərlik edərlər hələ qaçmağa deyil, iğtişaşları silah gücünə yatırmağa üstünlük verirlər. Əgər bu alınmasa və mühafizəkarlar vəziyyətə nəzarəti itirərlərsə, həqiqətən ali rəhbərin qaçırılması ssenarisi işə düşəcək. Bu halda ali rəhbərin alternativi çox deyil.
Mərhum Xomeyni şaha qarşı mübarizəyə Paris yaxınlığından rəhbərlik edirdi. O zaman Avropada və Fransada hesab edirlər ki, Xomeyni şah rejiminin yerində normal hakimiyyət formalaşdıracaq. Ümidlər boşa çıxdı.
Avropa bu dəfə aldanmayacaq, Qərb ölkələri 1979-cu ildən bu yana molla rejiminin nəyə qadir olduğunu anlayıb. Ona görə ali rəhbəri qəbul edəcək ölkələr Rusiya və Çinlə kifayətlənə bilər. Bəşər Əsəd Rusiyanı seçdi, ali rəhbər də dostunun seçiminə üstünlük verər. Ancaq İran hələ o mərhələyə çatmayıb”, - politoloq bildirib.
- Suçəkmə işləri davam etdirilir - Video
- Rayonlara intensiv yağış yağacaq – Xəbərdarlıq
- “Nar” inklüziv təşəbbüsə qoşulub
- Gəncə və Minsk Avtomobil Zavodu arasında müqavilə imzalandı
- Nazir “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü
- Ərdoğandan ABŞ-İran arasındakı atəşkəsə reaksiya
- Sədrin işdən çıxardığı müavini nazir müşaviri təyin olundu
- Vəkillər Kollegiyasından bir vəkil xaric edildi