Bu gün saat 20:00 radələrində “Nərimanov” stansiyasında sərnişin stansiya yoluna düşüb.
Bu barədə BUTA.TV-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
İlkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb.
Bildirilib ki, qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib.
"Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Allah rəhmət eləsin!", - məlumatda vurğulanıb.
- Xəzərdə güclü zəlzələ: Dağıntı və tələfat var?
- Prezident onu TƏBİB-in Müşahidə Şurasının sədri təyin etdi
- Prezident bu agentliyin kollegiyasını təsdiqlədi
- Prezident daha bir fərman imzaladı
- SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik...
- "Azəriqaz" rəhbərliyi Laçında vətəndaşları qəbul edəcək
- TƏBİB-in Müşahidə Şurasının sədri dəyişdi
- İlham Əliyev sərəncam imzaladı