Qarabağdan qayıdan on bir vətəndaş artıq respublikadadır və onlara bütün lazımi yardım göstəriləcək.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan deyib.
Qarabağda etnik erməni və ya Ermənistan vətəndaşlarının qalıb-qalmadığı soruşulduqda, Arsen Torosyan şərh vermək üçün heç bir məlumatının olmadığını söyləyib. Qarabağda iki ildən çox yaşadıqdan sonra köçürülmə ərizələrinin təqdim edilməsinin səbəblərini şərh edən nazir bildirib ki, əgər Ermənistan vətəndaşları geri qayıtmaq və ölkədə yaşamaq istəyirlərsə, dövlət onlara belə bir fürsət yaratmağa borcludur və digər hallar əhəmiyyətsizdir.
Qeyd edək ki, Azərbaycan Qarabağda qalan 10 erməni və 1 rus əsilli şəxsi onların öz istəyi əsasında Ermənistana göndərib.
- Aeroport şosesində baş verən qəzanın - Anbaan videosu
- Restoranda kütləvi zəhərlənmə oldu
- Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək öldü
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq