ABŞ-ın vitse-prezidenti Ceyms Di Vens fevralda Vaşinqtonun Cənubi Qafqazda davam edən sülh səylərinin bir hissəsi olaraq Azərbaycan və Ermənistana səfər edəcək.
BUTA.TV xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsinda yazıb.
Onun sözlərinə görə, Vensin səfəri Azərbaycan və Ermənistan arasında sülh prosesini daha da irəli aparmağa, eləcə də "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanan yolun həyata keçirilməsinə yönəlib.
Tramp vurğulayıb ki, ABŞ Azərbaycanla strateji tərəfdaşlığını gücləndirmək, Ermənistanla, o cümlədən sülh təşəbbüsləri və iqtisadi layihələr sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
- Aeroport şosesində baş verən qəzanın - Anbaan videosu
- Restoranda kütləvi zəhərlənmə oldu
- Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək öldü
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq