Türkiyə Təhsil Nazirliyi sosial mediada şagirdlərlə çəkdiyi videoları paylaşaraq məşhurlaşan müəllimlər barədə araşdırma aparmağa başlayıb.
Bu şəxslərdən biri də azərbaycanlı Səma İbrahimovadır. O, Türkiyədə ingilis dili müəllimidir.
Səma ilə bağlı araşdırmaların başlamasına səbəb onun uyğunsuz geyimdə uşaqların qarşısına çıxmasıdır.
Türkiyənin Təhsil Nazirliyi 81 şəhərdən yüksək izləyici sayı olan müəllimlərin adını, işlədiyi məktəbi, sosial media hesablarını və istifadəçi adlarını istəyib. Araşdırma nəticəsində müəllimlər üçün xəbərdarlıqdan işdən çıxarmağa qədər cəzalar tətbiq oluna bilər.
Milli Təhsil naziri Yusuf Tekin bildirib ki, bu sahədə düzgün sərhədlərin qorunması vacibdir və tətbiq ediləcək tədbirlər buna yönəlib. Disiplin prosesində xəbərdarlıq, qınama, maaş kəsimi, karyera irəliləyişinin dayandırılması və hətta işdən çıxarma cəzaları mümkündür.
Son illərdə sosial mediada şagirdlərlə videolar paylaşaraq yüz minlərlə izləyici toplayan müəllimlərin sayı artıb. Bu videolarda bəzən şagirdlər “dekor” kimi göstərilir, müəllimlər isə reklam və sponsorluq işlərinə cəlb olunur. Mütəxəssislər bildirir ki, valideyn icazəsi olmadan paylaşım həm hüquqi, həm də psixoloji risklər yarada bilər.
MEB-in araşdırmasında əsas məqsəd müəllimlərin sosial mediadan istifadəni dayandırmaq deyil, məktəb və sinif mühitində gizliliyi qorumaq, şagirdlərin təhlükəsizliyini təmin etməkdir. / Milli.az
- Aeroport şosesində baş verən qəzanın - Anbaan videosu
- Restoranda kütləvi zəhərlənmə oldu
- Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək öldü
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq