Ermənistanın enerji sistemini Azərbaycan və Türkiyə enerji sistemi ilə birləşdirməyi məqsədəuyğun hesab edirəm.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, vahid enerji məkanının yaradılması regionu beynəlxalq bazarlara güclü ixracatçıya çevirəcək:
“Bu, həm də yeni təhlükəsizlik arxitekturasının təməlini təşkil edəcək. Ermənistan və Azərbaycan hazırda artıq enerji tutumuna malikdir. Bu, qarşılıqlı faydalı əməkdaşlığa yol açır. Ermənistan daha geniş ixrac bazarlarına çıxış üçün Azərbaycan infrastrukturundan istifadə etməkdə maraqlıdır, Azərbaycan isə Ermənistan ərazisindən Naxçıvana və digər istiqamətlərə elektrik enerjisi tranziti edə biləcək. Birbaşa ticarətdən əlavə, layihə respublikaya tranzit ödənişlərindən sabit gəlir təmin edəcək, bu da həm dövlət büdcəsini, həm də özəl şirkətlərin hesablarını dolduracaq”.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?