Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi üzrə işlər qrafikə uyğun aparılır.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı zamanı bildirilib.
Telefon danışığı əsnasında İran prezidentinin Azərbaycana səfərləri, dövlət başçılarının görüşləri və apardıqları səmərəli danışıqlar məmnunluqla xatırlanıb, bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi qeyd olunub.
Qeyd edək ki, Azərbaycan və İran hazırda Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi layihəsini həyata keçirir, layihənin 2026-cı ildə tamamlanması nəzərdə tutulur.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?