Ötən gün axşam saatlarında paytaxtın Heydər Əliyev prospekti “Koroğlu” metro stansiyası istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, ilkin ehtimala görə, yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsinin qabarit hündürlüyünü nəzərə almadığından “Bağırov” tunelindən keçə bilməyib:
“O, belə vəziyyətdə sağ kənar yola keçmək üçün təhlükəsizlik tədbirləri görmədən geriyə hərəkət edib. Hərəkətdə olan minik avtomobillərindən biri isə arxa tərəfdən ona çırpılıb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb”.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?